SOCAR qazın dəyərinin rublla ödənilməsi ilə bağlı xəbərlərə cavab verdi

Azərbaycanın qazın dəyərini rublla ödəməsi həqiqəti əks etdirmir.

Bu, SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətinin yaydığı məlumatda öz əksini tapıb.

“Kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasından idxal etdiyi qazın dəyərini rublla ödədiyinə dair məlumatlar yayılıb.​ Bildiririk ki, yayılmış bu məlumatlar həqiqəti əks etdirmir”, – deyə məlumatda qeyd edilib.

Hamısını Göstər

Related Articles

Back to top button