Şok: Misirlə Türkiyə danışıqlara başladı

Türkiyə və Misir arasında imzalanacaq anlaşma Aralıq dənizinin şərq hissəsində yeni səhifə aça bilər.

Bunu Türkiyənin ehtiyatda olan kontr-admiralı Əli Dəniz Qutluq ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Misirin Yunanıstanla imzaladığı müqavilə sadəcə senatın alt komissiyalarından birində təsdiqlənib:

“Hazırda Misirdə senata seçkilərlə bağlı işlər aparılır. Qarşıda 4-5 həftəlik müddət var. Türkiyə ilə Misirin anlaşma üçün danışıqlar apardığını bilirik. Hər iki ölkə Aralıq dənizinin şərq hissəsində uzunluğu etibarilə dəniz yurisdiksiyası bölgələrinin əsas sahibidir. Əgər Türkiyə və Misir razılaşsa, digər ölkələr ikinci dərəcəli gözləmə nöqtəsinə qayıdacaqlar. Türkiyə üçün bu imkan hələ də var. Misir də bundan məmnun qalacaq”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button