Şok ssenari: Cənubi Rusiya dövləti yaradılır
Polşa Ukraynanın qərb vilayətlərinin işğalını hələ 2014-cü ildə planlaşdırıb.
Belə bir iddia ilə MDU-nin Dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, tanınmış politoloq Aleksey Fenenko çıxış edib.
“Bu ideya artıq 2014-cü ildən dövriyyədədir. Belə ki, son anda Kiyev hakimiyyətinin Qərbi Ukraynaya qaçması nəzərdə tutulurdu: əvvəlcə Qərb onları qanuni hakimiyyət kimi tanıyır, sonra isə Polşa və Macarıstan ordan ərazi qoparır… Onlar Rusiya ilə qətiyyən üz-üzə gəlmək istəməzlər, ancaq “bir hissə” qoparmağı arzulayarlar”, – o deyib.
Fenenkonun sözlərinə görə, NATO belə bir qərarı yalnız dəstəkləyə bilər, çünki bu halda Ukraynanın hansısa hissəsi onların nəzarətinə keçmiş olacaq:
“Bu ssenari Rusiyanın Kiyevi götürəcəyi hal üçün hazırlanmışdı. Ancaq Rusiya ordusunu Kiyev və Çerniqovdan geri çəkəndən sonra bu ssenarini müvəqqəti olaraq dayandırdı. Ancaq indi – Donbasda baş verən son hadisələrlə bağlı onlar yenidən bu ssenariyə qayıdıblar”.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Polşanın Qərbi Ukraynanı özünə birləşdirmək planları hazırladığını bildirmişdi.