Somalinin XİN rəhbəri: Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etdiyi üçün sevincliyik

“Biz Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etdiyi üçün sevincliyik. Bakı səfərim zamanı öz təbriklərimi həmkarıma və Azərbaycan xalqına çatdırdım”.

Bunu Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi deyib.

Nazir Bakı səfərindən bəhs edib: “Bir necə ay öncə həmkarım Ceyhun Bayramovun dəvəti ilə Azərbaycana rəsmi ziyarətə getmişdim. Azərbaycan və Somali arasında möhkəm, güclü və uzun illədir davam edən dostluq əlaqələri mövcuddur. Bu əlaqələrin 50 ilə yaxın tarixçəsi var. Azərbaycana ziyarətim zamanı Bakını gəzdim, ölkənizlə tanış oldum.

Biz Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etdiyi üçün sevincliyik. Bakı səfərim zamanı öz təbriklərimi həmkarıma və Azərbaycan xalqına çatdırdım. İlk ziyarətimdə Qarabağı ziyarət edə bilmədim, ancaq Qarabağa getməyi çox istəyirəm”.

Diplomat Azərbaycanın COP29 Sədrliyinə hazırlığını yüksək qiymətləndirib: “COP29 komandası ilə görüşdüm. Onların COP-a yüksək səviyyədə hazırlaşdıqlarını gördüm, planlarını və təcrübələrini mənimlə paylaşdılar. Onların irəli sürdükləri təşəbbüslər olduqca vacibdir.

Həmçinin, mən BMT-nin yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi bir çox görüşlərdə iştirak etmişəm. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu günə qədər reallaşmamış fərqli COP-a rəhbərlik edəcək və mən bu yolda ölkənizə uğurlar arzulayıram. Somali Azərbaycanın sədrlik edəcəyi COP29-a ölkə başçısı səviyyəsində təmsil olunacaq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button