Son 11 ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 6 min 693 nəfər məsuliyyətə cəlb edilib
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 6 min 693 nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 2 nəfər 16-18, 498 nəfər 18-25, 1012 nəfər 26-29, 5 min 181 nəfər isə 30 və ondan yuxarı yaşda olub.
“Report” xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.
Bildirilib ki, həmin şəxslərdən 6 min 497-si kişi, 196-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 59 əcnəbidən 25-i İran İslam Respublikası, 10-u Rusiya, 13-ü Türkiyə, 7-si Gürcüstan, 1-i Özbəkistan, 2-si Ukrayna, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 212,42 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Polise.az