Son 24 saatda Qəzzada 14 nəfər öldü – Yeniləndi

İsrail ordusunun Qəzza zolağında son 24 saatda həyata keçirdiyi hücumlarda 14 nəfərin həyatını itirdiyi, 25 fələstinlinin isə yaralandığı bildirilib.

Polise.az  xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 46 913 nəfərə, yaralıların sayı isə 110 750 nəfərə çatıb.

***

12:21

İsrailin Qəzzanın iki məhəlləsini atəşə tutması nəticəsində 8 nəfər ölüb.

Polise.az  xəbər verir ki, bu barədə Fələstinin “Əl-Əqsa” telekanalı Qəzzanın Mülki Müdafiəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrailin Qəzza zolağında iki ərazini atəşə tutması nəticəsində 8 nəfər ölüb, 25 nəfər yaralanıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button