SON DƏQİQƏ: İrəvan Bakıya təklif göndərdi

Ermənistanın Baş nazirinin ofisindən Azərbaycan Prezident Aparatına təklif göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ermənistanın Baş nazirinin ofisi atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin tətbiqinə başlamağı təklif edib.

“Son vaxtlar atəşkəs rejiminin pozulması barədə mütəmadi məlumatlar yayılır. Ona görə də, Ermənistan Baş nazirinin Aparatı diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidenti Administrasiyasına təklif edib ki, atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaradılsın”, –  deyə bəyanatda vurğulanıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button