Sozinov: Türk PUA-ları dərhal məhv edilməlidir, yoxsa…
Rusiyanın “Almaz-Antey” şirkətinin direktorunun müavini Pavel Sozinovun Türkiyənin “Bayraqdar TB2” PUA-ları ilə bağlı açıqlaması geniş müzakirələrə səbəb olub.
Mütəxəssis döyüş meydanında türk PUA-larının görünən kimi məhv edilməli olduğunu bildirib.
“Hər hansı problem olmadan onu vaxtında müəyyən etməli və silahlarını işə salmadan hədəf almalıyıq. Əks halda, şansımız yoxdur”, – Sozinov deyib.



