SSRİ-nin dağılmasının səbəbi açıqlandı

“SSRİ-nin dağılması uzunmüddətli iqtisadi durğunluq və bir sıra qısamüddətli böhranların birləşməsi nəticəsində baş verib, 1990-cı illərdə Rusiyadakı islahatların uğursuzluğuna isə ABŞ siyasəti səbəb olub”.

Teleqraf xəbər verir ki, bunu amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Ceffri Saks bildirib.

Ekspertin fikrincə, dağılmanı əvvəlcədən asanlıqla proqnozlaşdırmaq mümkün deyildi, hər şey bir sıra təsadüfi amillərin üst-üstə düşməsi nəticəsində baş verib: Çernobıl, açıq siyasət və yenidənqurma (perestroyka), neftin aşağı qiymətləri, qısamüddətli borc böhranı, Qərbin gizli əməliyyatları və Polşada II İohann Pavelin rolu”.

O iddia edib ki, SSRİ lideri Mixail Qorbaçov “böyük sülh adamı” olub və nüvə müharibəsinin qarşısını alıb, amma Qərb onun siyasətindən istifadə edərək Rusiyanın zəiflədilməsi xəttini davam etdirib. İqtisadçı vurğulayıb ki, ABŞ sovet islahatlarını dəstəkləmək üçün “Böyük razılaşma” ideyasını rədd edib, 1992-ci ildən sonra isə Rusiyaya qarşı dominantlıq siyasəti yürüdüb.

1990-cı illərdən danışarkən Saks qeyd edib ki, keçmiş prezident Boris Yeltsin normal Rusiya istəyib və ən səmimi niyyətlərlə hərəkət edib, amma həddən artıq yüklənib və qarşısındakı çətinliklərin öhdəsindən gələ bilməyib: “1990-cı illərdə Rusiya ABŞ tərəfindən faktiki olaraq diqqətdən kənarda qaldı. ABŞ-nin münasibəti sadə idi: biz qalib gəldik, siz isə uduzdunuz”.

Saksın fikrincə, islahatlar Mərkəzi Avropada uğurlu, Şərqi Avropada qismən uğurlu, postsovet ölkələrində isə demək olar ki, nəticəsiz olub. O, bunun səbəbləri kimi xarici yardımın olmamasını, əvvəlki iqtisadi əlaqələrin dağılmasını və həmin illərdə Rusiya rəhbərliyinin zəifliyini göstərib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button