Starmer: Böyük Britaniya Rusiyaya qarşı yeni sərt sanksiyalar paketi hazırlayır

Böyük Britaniya Rusiya əleyhinə növbəti sanksiyalar paketini hazırlamağa başlayıb.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
Starmer bildirib: “Rusiyaya iqtisadi sahədə sanksiyalar tətbiq olunacaq. Lazım gələrsə daha geniş tədbirlər vasitəsilə təzyiqi artırmağa hazırıq. Belə təzyiqlərin nəticələrini görürsünüz. Böyük Britaniyada yeni sərt sanksiyalar paketi hazırlanır”.
Polise.az



