Starmer: Trampın qərarı tamamilə yanlışdır

Qrenlandiya ilə bağlı qərarı Danimarka və ada sakinləri verməlidir.

Polise.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

Onun sözlərinə görə, Amerika lideri Donald Trampın Qrenlandiya məsələsinə görə Böyük Britaniya da daxil olmaqla, səkkiz Avropa ölkəsinə qarşı gömrük rüsumları tətbiq etməsi tamamilə yanlışdır: “Qrenlandiya ilə bağlı mövqeyimiz ilk gündən aydın ifadə olunub. Ada Danimarka Krallığının bir hissəsidir. Onun gələcəyi ilə bağlı qərarı qrenlandiyalılar və danimarkalılar verməlidirlər. Onu da bildirmişik ki, Arktikada təhlükəsizlik bütün NATO üçün vacibdir. Biz Rusiyadan gələn təhlükəyə qarşı birlikdə mübarizə aparmalıyıq”.

Qeyd edək ki, Tramp daha əvvəl səkkiz Avropa ölkəsinə qarşı rüsumların tətbiqini elan etmişdi. ABŞ lideri bu ölkələrin adaya qüvvələrini yerləşdirməyə başlamasından qəzəbləndiyini bildirib.

Ağ Ev bu gün Danimarka, İsveç, Norveç , Böyük Britaniya, Almaniya , Fransa , Hollandiya və Finlandiyaya qarşı 10% tarif tətbiq olunacağını elan edib. Bu tarif sonradan 25%-ə qədər artırıla bilər və Vaşinqton tərəfindən Qrenlandiyanın alınması ilə bağlı razılaşma bağlanana qədər qüvvədə qalacaq.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button