Starmerdən Trampa kritik zəng – Ukraynada qırmızı xəttlər cizilir

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla Ukraynadakı vəziyyəti, o cümlədən “könüllülər koalisiyasının” hərbi planlarını müzakirə etmək üçün telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniya Baş Nazirinin Ofisi yayıb. Ofisin açıqlasımasına görə, Baş nazir bu gün günortadan sonra ABŞ Prezidenti Donald Trampla danışıb: “Liderlər Ukraynadakı müharibəni müzakirə etməklə başlayıblar. Baş nazir istənilən sülh sazişini dəstəkləmək və düşmənçiliyə ədalətli və davamlı son qoyulmasını təmin etmək üçün könüllülər koalisiyasının işini açıqlayıb”.
Starmer və Tramp həmçinin Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. Starmer ABŞ Prezidentinə karyera diplomatı Kristian Ternerin Böyük Britaniyanın Vaşinqtondakı səfiri təyin olunması barədə məlumat verib. Ofisin məlumatına görə, “liderlər bir-birlərinə Milad bayramını təbrik ediblər”.
Qeyd edək ki, 15 dekabrda İcmalar Palatasında (parlamentin aşağı palatası) komitə rəhbərlərinin suallarını cavablandıran Starmer bildirib ki, “könüllülər koalisiyası” Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və lazım gələrsə, onun ərazisində qüvvələr yerləşdirmək üçün planlar hazırlayıb.
Starmerin Mayamidə ABŞ-Ukrayna, ABŞ-Rusiya danışıqları gedən vaxt Trampa zəng vurması Ukraynanın mövqeyinin gücləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilir.
Xatırladaq ki, dünən Mayamidə əvvəlcə ABŞ-Ukrayna danışıqları keçirilib, ardınca Rusiya ilə müzakirələr aparılıb. Daha sonra bu gün Rusiya ilə, ardınca isə Ukrayna tərəfi ilə danışıqların aparılması nəzərdə tutulurdu.
Polise.az



