Stokholmda “Qalib çıxan Azərbaycan!” adlı bayram tədbiri təşkil olunub

İsveçin paytaxtı Stokholmda “Heydər Əliyev İli” çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Qalib çıxan Azərbaycan!” adlı bayram tədbiri təşkil olunub.
Polise.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “SAF” İsveç-Azərbaycan Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan soydaşlarımız, xarici qonaqlar, diaspor nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti və Azərbaycan diasporunun inkişafındakı müstəsna rolu barədə məlumat verilib.
Mərasim iştirakçılarını salamlayan “SAF” İsveç-Azərbaycan Birliyinin sədri Sevda Dadaşova bildirib ki, bu il qalib xalqın övladı kimi Həmrəylik Günündə həmvətənləri ilə bir araya gəlməkdən qürur duyur.
Səfirlik və diaspor nümayəndələri İsveçdə yaşayan Azərbaycan vətəndaşlarını 7 fevral 2024-cü ildə ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıblar.
“Azərbaycan” mahnısı ilə başlayan konsert proqramında tanınmış opera ifaçıları Ulrika Nilsson və Jacques Radinson, “Qarabağ” rəqs qrupu, müğənni Elnur Muradov, Harun Çinar, Kemal Armagan, piano ifaçısı Anar Rüstamov, Dj. Atilla çıxış ediblər.
Onların ifalarında səslənən musiqi əsərləri alqışlarla qarşılanıb.





Polise.az



