Stoltenberq: NATO-ya üzv olana qədər Ukraynada sülh olmayacaq
Kiyev NATO-ya üzv olana qədər Ukraynada uzunmüddətli perspektivdə sülh olmayacaq.
“Report” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
O, NATO-ya üzv ölkələrin hələ də Ukraynanın alyansa dəvət olunması ilə bağlı konsensus əldə etmədiklərini qeyd edib:
“Üzv ölkələr razılaşana qədər heç bir dəvət ola bilməz. Bunun üçün mütləq konsensus lazımdır”.
Polise.az