Stoltenberq Rusiya ilə sərhəddə vəziyyətlə bağlı Estoniya ilə həmrəy olduğunu açıqlayıb
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya ilə sərhəddəki vəziyyətlə bağlı Estoniya ilə həmrəy olduğunu bildirib.
Polise.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib.
“Estoniyanın Baş naziri Kallas ilə danışdım. NATO müttəfiqimiz Estoniya ilə onun suverenliyinə istənilən təhdidə qarşı həmrəydir”, – Baş katib yazıb.
Daha əvvəl Estoniya Daxili İşlər Nazirliyinin Polis və Sərhəd Mühafizəsi Departamenti Rusiya sərhədçilərinin Narva çayında gəmiçilik marşrutlarının sərhədlərinin müəyyənləşdirilməsinə xidmət edən buyları çıxardıqlarını bildirmişdi.
Polise.az