Stoltenberq: “Rusiya qüvvələrini yenidən qruplaşdırır və hücum fəaliyyətlərinə hazırlaşır”
“Rusiya işğalçı qüvvələrini yenidən qruplaşdırır və yeni hücum fəaliyyətləri hazırlayır”.
Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“Biz bu yaxınlarda Rusiyanın Kiyev və Ukraynanın şimalında hərbi əməliyyatların miqyasını azaltması barədə bəyanatlarını eşitdik. Ancaq Rusiya dəfələrlə niyyəti barədə yalan danışıb”, – deyə Y.Stoltenberq bildirib.



