Stoltenberq: Ukrayna Aİ-də olduğu kimi bir neçə mərhələdə NATO-ya qəbul edilməyəcək
“NATO-ya qəbul proseduru Avropa İttifaqına qəbuldan fərqlidir və Ukrayna üzv olmağa hazır olana qədər alyansa dəvət almayacaq”.
Polise.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
O, NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında ukraynalı jurnalistlərin iyulda ABŞ-da keçiriləcək alyansın sammitinə Ukraynanın ən azı ilkin dəvət ala biləcəyi ilə bağlı sualını belə cavablandırıb:
“Biz Ukraynanın NATO-ya üzvlük fəaliyyət planını ləğv etmək və prosesi bir addımlı etmək qərarına gəldik. İki mərhələli giriş prosesinə geri dönə bilmərik. NATO dəvət göndərəndə bu, praktiki olaraq NATO-ya üzvlük demək olacaq.
NATO ilə Avropa İttifaqı arasındakı fərq budur. Aİ-də üzvlük əldə etmək dəvət edildiyi andan illər çəkə bilər. NATO-da dəvət alandan sonra bu, çox tez baş verir”.
Polise.az