Stoltenberq: Ukraynaya yardımın Nümayəndələr Palatasında təsdiqlənməsini alqışlayıram

NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardım haqqında qanun layihəsini təsdiqləməsini alqışlayıb.

Polise.az  xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti Baş katibin müvafiq şərhini yayıb.

“Bu qanun layihəsinin Nümayəndələr Palatasında təsdiqlənməsini alqışlayıram. Bu, Ukraynaya ikipartiyalı dəstəyin davamlı olduğunu nümayiş etdirir. Yardımın bu əhəmiyyətli artımı avropalı müttəfiqlərin Ukraynaya verdiyi on milyardlarla yardımı tamamlayacaq”, – o deyib.

Stoltenberq xatırladıb ki, aprelin 19-da NATO-Ukrayna Şurasının iclasında NATO müdafiə nazirləri Ukraynaya həm də hava hücumundan müdafiə sahəsində əlavə hərbi dəstək verməyə razılaşıblar.

“Mən Senatı tez hərəkətə keçməyə və bu qanun layihəsini Prezident Baydenə göndərməyə çağırıram”, – Alyansın başçısı vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button