Şüay Alpay:
Bakının işğaldan azad edilməsi günü Azərbaycan-Türkiyə qardaşlığının əsas təməllərindəndir.
Bunu Türkiyənin milli müdafiə nazirinin müavini Şüay Alpay Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü ilə bağlı Ankarada keçirilən “Qafqaz İslam Ordusu və Ənvər Paşa” adlı tədbirdən sonra “Report“un Ankara bürosuna açıqlamasında bildiriib.
Ş.Alpay əslən azərbaycanlı olduğunu, babası Gəncə üsyanının fəalı Qaçaq Məmmədqasımın 1920-ci ildə bolşeviklərə qarşı döyüşdüyünü qeyd edib.
Nazir müavini deyib ki, Bakının işğaldan azad edilməsi günü onun üçün də xüsusi əhəmiyyət kəsb edir: “15 sentyabr bizim üçün çox özəl və önəmli bir gündür. Azərbaycan-Türkiyə münasibətlərinin hazırda daha da möhkəmlənməsinin, müttəfiqlik səviyyəsinə gəlməsinin əsasını məhz bu cür tarixi günlər qoyub. Başda Məhəmməd Əmin Rəsulzadə, Ənvər Paşa, Nuru Paşa, eləcə də adını qürurla səsləndirdiyim babam Məmmədqasım olmaqla Azərbaycanın müstəqilliyi üçün həyatlarını fəda edən bütün qəhrəmanları rəhmətlə anıram”.
Ş.Alpay vurğulayıb ki, Türkiyə-Azərbaycan dostluğu, eləcə də hərbi müttəffiqliyi güclənərək davam edir:
“Tək niyyətimiz odur ki, Türkiyə-Azərbaycan dostluğu daimi və əbədi olsun. Bunun üçün əsaslı tarixi bilgilərə sahib olmaq önəmlidir. Mən iftixarla və inamla deyə bilərəm ki, sağlam əlaqələrə malik olan keçmişimizi gələcəyimizə daşıyan bilikli, məlumatlı, sağlam düşüncəli gənclərimiz var”.
Polise.az