Sumqayıt məktəbində DAVA – Şagird xəstəxanalıq oldu

Dünən Sumqayıt məktəbində insident baş verib.
Polise.az.  Sumqayit24-ə istinadla xəbər verir ki, hadisə 33 nömrəli tam orta məktəbdə qeydə alınıb.
14 yaşlı H.B. sinif yoldaşı tərəfindən döyülüb.
Məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib:
“Dünən saat 12:30-də 14 yaşlı oğlan Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir”.
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button