Sumqayıtda bank kartından oğurluq edən şəxs tutuldu

Sumqayıt şəhərində bank kartından oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 473 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 59 yaşlı C.Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button