Sumqayıtda kütləvi bıçaqlanma baş verib, iki nəfər ölüb

Sumqayıt şəhərində baş verən kütləvi bıçaqlanmada xəsarət alan və ölənlərin kimliyi məlum olub.

“Report”un Sumqayıt – Abşeron bürosunun məlumatına görə, hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu və 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu ölüb.

Z. Qasımovun qardaşı 31 yaşlı Tofiq Qasımov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


22:06***

Sumqayıt şəhərində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb.

“Report”un Sumqayıt – Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin10-cu mikrorayon ərazisində qeydə alınıb.

Gənclər arasında düşən mübahisə zamanı Namiq adlı şəxs ürəyindən bıçaqlanaraq öldürülüb. Digər bıçaq yarası alan Zöhrab Qasımov isə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır, digər şəxslərin kimliyi müəyyənləşdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button