Sumqayıtda silah-sursat aşkarlanıb
![](/wp-content/uploads/2025/01/b5076d28-bdb3-3637-b6e0-eeaf76d3c7af_850-780x470.jpeg)
Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.
“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Yaşma bağları” ərazisində qeydə alınıb.
Dənizkənarı ərazidən 1 ədəd “Clock 26C” markalı travmatik tapança,1 ədəd süngü bıçaq,1 ədəd “RPQ-7” qumbaraatana aid optik görmə cihazı və ləvazimatları,içərisində 25 ədəd 5,45 mm patron olan 1 ədəd daraq və 4 ədəd kiçik ölçülü şüşə qabda civəyə bənzər maddə aşkar olunub.
Tapılan silah-sursat aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Polise.az