Sürgün olunan uyğurlarla bağlı məsələ beynəlxalq məhkəməyə çatıb
Sürgün olunan uyğur müsəlmanlarla bağlı məsələ beynəlxalq məhkəməyə çatıb.
Bu cəmiyyətin liderləri, Çindəki Uyğur müsəlmanları üzərində edilən soyqırım və cinayətlərə qarşı Beynəlxalq Cinayət Məhkəməsini (International Criminal Court -ICC)) hərəkətə gətirib. İki uyğur fəalı qrupunu təmsil edən Londondakı Hüquqşünaslar Qrupu Çində uyğurların qanunsuz tutulması və ya Kamboca və Tacikistandan deportasiya edilməsi ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə şikayət göndərib.
Xarici mətbuata istinadən xəbər verilir ki, bu, Çin Kommunist Partiyasına qarşı beynəlxalq məhkəmədən kömək istənməsi ilk dəfədir. Deportasiya edilən Şərqi Türkistan Hökuməti (ETGE) və xaricdəki Uyğur icması ilə əlaqəli bir təşkilat olan Türkistan Milli Oyanış Hərəkatı –TMOH (ETNAM), insan haqlarını pozduğuna və cəmiyyətin istismarına görə Çini məhkəməyə verib.
Bu qruplar Sincanın müstəqilliyini elan edib. TMOH xəbər verir ki, uyğur qurbanları şərq Türkistandan Tacikistan və Kambocaya qanunsuz olaraq köçürülüb. Çinə qayıtdıqdan sonra onlar qətl, qanunsuz həbs, işgəncə, doğuşa məcburi nəzarət və sterilizasiya və məcburi evlilik də daxil olmaqla bir çox başqa məsələlərlə bağlı həbs edilib. Çinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə apelyasiya şikayəti verən vəkillərdən biri Rondie Dixon , Çinin qətliam işi üzrə məhkəmənin səlahiyyətinə daxil olduğunu söyləyib: “ Çin, Kamboca hər ikisi də məhkəməyə üzv ölkədir və beləliklə də qlobal bir məsələdir. Bu, çox əhəmiyyətli bir dava ola bilər, çünki Çin hələ də insan haqlarının pozulması və Uygar qətliamına görə heç bir məsuliyyət daşımayıb”.
Çinin bu məhkəmənin yurisdiksiyasına baxacağına və istintaqa hazır olacağı çübhəlidir. Amma buna baxmayaraq, ilk dəfə olaraq bir dünya orqanında bu mövzuda dinləmə başlayacaq.
Bu arada, Çin Kommunist Partiyasının sədri və Çin Prezidenti Si Tszinpinin ən nüfuzlu tənqidçisi kimi tanınan vəkil Xu Zhuangzhun Pekində bazar ertəsi polis tərəfindən həbs olunub. O, ölkənin nüfuzlu Şighua Universitetində hüquq professorudur. Dostu Geng Jiaonan, Xu Zhaungzhun kitabının Nyu Yorkda ötən ay nəşr olunduğunu söyləyib. Xu, Çin Prezidentini və və Kommunist Partiyasının rəhbərliyini ciddi şəkildə tənqid edirdi. Kitabda 10 siyasi esse var. Məqalədə yazılıb ki, Çin, Mao Zedongun totalitar rejiminə doğru gedir.