Suriya ABŞ-ın hava zərbələrinə cavab verdi
Suriya hökuməti ABŞ-ın ölkənin İraqla sərhəd ərazisini bombardman etməsini Birləşmiş Ştatların təcavüzü kimi qiymətləndirib.
Bu barədə “Al-Ikhbariya” telekanalı məlumat verib.
Xatırladaq ki, bu gecə ABŞ ordusu Suriya-İraq sərhədində İrana bağlı olan qruplaşmaların mövqelərinə hava zərbələri endirib.
Aviazərbələr nəticəsində bir neçə nəfərin həlak olduğu bildirilir.
Rəsmi Pentaqon Suriya ərazisinə hava zərbəsi endirməsini təsdiqləyib.