Suriyada yeni müharibə başlayır? – “Böyük fəlakət və toqquşmalar qaçılmaz olacaq”

Son vaxtlar Suriyanın şimalında, Türkiyə ilə Rusiya arasında razılaşdırılan deeskalasiya zonasında gərginlik artır. Bir neçə gün əvvəl Suriya ordusu həmin zonada müxalif qüvvələrin yanacaq bazasına “Toçka-U” raketləri ilə zərbə endirib. Həmin vaxt Rusiya da Xmeymim bazasından yaraqlılara “İsgəndər-M” raketi ilə zərbə endirdiyi bildirilir.

Bəs görəsən bu gərginlik fonunda Suriyada yeni müharibənin başlanacağı nə dərəcədə realdır?

Mövzu ilə bağlı konkret.az-a açıqlama verən politoloq İlyas Hüseynov Bəşər Əsəd və ona qarşı çıxan qüvvələr arasında gərginliyin artdığını deyib: “Eyni zamanda Rusiyadan son nəsil qırıcı-bombardmançı təyyarələrin Suriyaya göndərilməsi onu göstərir ki, Putin hökuməti Əsəd rejiminin qorunması məqsədi ilə addımlar atır. Qlobal pandemiya şəraitində Suriyada gedən vətəndaş müharibəsində gərginlik nisbətən azalsa da, artıq proseslər əksinə cərəyan edir. Artıq Suriya yenidən geosiyasi maraqların toqquşduğu bir məkana çevrilməkdədir. Əsəd öz hakimiyyətini qorumaq üçün Rusiyaya arxalanır. Belə bir vəziyyətdə bir sıra geosiyasi mərkəzlər Yaxın Şərq regionunda öz təsir imkanlarını genişləndirmək məqsədi ilə Suriyada vətəndaş müharibəsinə qoşulublar. Suriya probleminin sonadək həll edilməməsi və Əsədə qarşı müxalif qüvvələrin formalaşması yeni toqquşmaların baş verəcəyini göstərir. Ancaq düşünürəm ki, bütün gərginliyin azalması üçün siyasi-diplomatik addımların atılması daha çox aktualdır. Çünki hazırki durumda yeni eskalasiyanın formalaşması, əldə olunan razılıqlara sadiqliyin nümayişi bölgədə sülhün və təhlükəsizliyin qorunmasına xidmət edəcək.

ABŞ hazırda daxili problemlərin ağuşundadır” – Politoloq – Yenicag.Az

İlyas Hüseynovun sözlərinə görə, İdlibdə birgə patrulun həyata keçirilməsi ilə bağlı əldə olunan razılaşmalar onu deməyə əsas verir ki, diplomatik imkanlardan istifadə etmək gərəklidir: “Əks təqdirdə böyük fəlakət və toqquşmalar qaçılmaz olacaq. Bütün bunların qarşısının alınması üçün səylərin birləşdirilməsi, bölgədə qalıcı və davamlı sülhə xidmət edən əməli addımların atılması çox vacibdir”.

Hamısını Göstər

Related Articles

Back to top button