Suriyalı rəsmilər alman nazirin əlini sıxmadı – Video

Suriyanın yeni administrasiyasının nümayəndələri ölkəyə gözlənilməz səfərlə gələn Almaniyanın xarici işlər naziri Annalena Berbokla əl sıxmaqdan imtina ediblər.

Teleqraf.com xəbər verir ki, görüntülərdə Burbokun hökumət təyyarəsindən ilk enərək Suriyanın yeni administrasiyasının nümayəndə heyətinə tərəf getdiyi görünür. Suriyalı siyasətçilər də öz növbəsində əllərini ürəklərinin üstünə qoyub, nazirin əlini sıxmaq fikrində olmadıqlarını açıq şəkildə nümayiş etdiriblər.

Dəməşqə səfəri zamanı Berbok hökuməti Rusiya hərbi bazalarını Suriyanın Latakiya əyalətindən çıxarmağa çağırıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button