Suriyanın bərpasına bu qədər pul lazımdır
Suriyanın yeni hökuməti müharibədən dağılmış iqtisadiyyatını bərpa etməyə çalışır, ancaq sanksiyalar və neft yataqlarına nəzarətin itirilməsi onlara çətinliklər yaradır.
Polise.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr qeyd edir ki, ölkədə hakimiyyətə gələn “Həyat Təhrir əş-Şam” qruplaşması Suriyada azad bazar qurmağı, neft sənayesini dirçəltməyi və beynəlxalq tərəfdaşlıqlar qurmağı planlaşdırır.
Keçmiş prezident Bəşər Əsəd hökumətinin sanksiyalarla üzləşməsi və həmçinin neft yataqlarına nəzarəti itirməsi indiki hökümətə çətinliklər yaradır.
Nəşr vurğulayır ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl bu ölkə hər il 3-5 milyard dollar dəyərində neft ixrac edib. Vətəndaş müharibəsindən əvvəl 1 dollar 50 Suriya lirəsinə dəyişdirilirdisə, bu gün bir dollar 13 min Suriya lirəsinə satılır.
Nəşrin ekspertləri iddia edirlər ki, Suriyanın bərpası üçün 400 milyard dollardan çox vəsait lazım olacaq.
Polise.az