Suriyanın yeni xarici işlər naziri ilk səfərini bu ölkəyə edəcək

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani təyinatından sonra ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.

Polise.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində bildirib.

Əş-Şibani səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl-Səudun rəsmi dəvəti ilə bu ölkəyə səfər edəcəyini vurğulayıb.

O əlavə edib ki, Suriyanın yeni hakimiyyət orqanları Ər-Riyadla bütün sahələrdə strateji əlaqələr qurmağı səbirsizliklə gözləyir.

Səfərin tarixi dəqiq məlum deyil.

Xatırladaq ki, noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verərək ölkəni tərk edib. Dekabrın 10-da Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək keçid dövründə Suriya hökumətinə rəhbərlik edəcək.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button