“Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə icazə verməyəcəyik” – Ərdoğan

“Suriyanın yenidən qeyri-sabitliyə sürüklənməsinə icazə verməyəcəyik”.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan deyib.
“Qonşu və qardaş Suriyanın proksi terror təşkilatları tərəfindən yenidən xaos və qeyri-sabitliyə sürüklənməsinə izn verməyəcəyik. Suriya xalqının və hökumətinin yanındayıq. Terrorla mübarizədə onlara dəstək verəcəyik”– Türkiyə prezidenti bəyan edib.
Qeyd edək ki, bazar günü Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birinə terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla xəsarət alan var.
Polise.az