Sürücüdən heroin aşkar edilərək götürüldü
Binəqədi RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını pozan “Hyundai” markalı avtomobil saxlanılmışdır.
4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış zamanı sürücü, Bakı şəhər sakini Vüsal Kazımovdan heroin aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.



