Sürücülük vəsiqəsində göstərilən məlumatlar bu qaydada əldə olunacaq – Nazir qərar imzaladı

Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında təlimata dəyişiklik edilib.

Polise.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Vilayət Eyvazov qərar imzalayıb.

Qərara əsasən Daxili İşlər Nazirliyinin 2012-ci il 4 avqust tarixli Q16-001- 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında Təlimat”a aşağıdakı məzmunda 6.17-ci bənd əlavə edilib.

Belə ki, sürücülük vəsiqəsində, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilər.

Bu sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.

Azərbaycanın Hüquqi Aktların Dövlət Reyestri 2. qərar qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülüb

Qərar respublika daxili işlər orqanlarında elan edilib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button