Şuşa ətrafında tapılan “İskəndər” raketi tam olaraq partlayıb – Rəsmi

“İskəndər” raketləri Şuşa istiqamətində iki ərazidə aşkar edilib.  

Bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin operativ qərargahın rəisi İdris İsmayılov deyib.

O bildirib ki, raketlərin qalıqları Şuşa ərazisində martın 15-də aşkar olunub:

“Raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib. Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı onun “9M723” raketi aid olunduğu müəyyən olunub, hansı ki, bu kod “İskəndər”ə məxsusdur. 

Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 mm-dir”.

“Raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA əməkdaşları tərəfindən araşdırmalar aparılır. Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Onun tam olaraq qalıqları aşkarlanıb”, – deyə İdris İsmayılov qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button