Şuşa Bəyannaməsi ilə birləşən güc: Heç bir qüvvə Türk Dünyasının qarşısında dayanmağa cəsarət edə bilməz! – Türkiyəli politoloq

Türkiyə Ordusu döyüş hazırlığına gətirilib. Ankara mümkün ssenarilərə hazırlaşır. Bunlardan biri də hərbi əməliyyatlardır. Qərb isə  digər regionlarda olduğu kimi Yaxın Şərqdə də “mən də varam” deməyə çalışır. Böhranlı vəziyyətin höküm sürdüyü Yaxın Şərqdə  fürsəti əlindən qaçırmayan Qərb bu dəfə Suriyanı dayanacaq seçib. Bəs  bu regionda  Türkiyə və Qərb arasında   yeni bir gərginliyə səbəb ola bilərmi?

Bu barədə Moderator.az-ın suallarını cavablandıran türkiyəli politoloq İsmayıl Cingöz bildirib ki,  Suriyada uzun müddətdir davam edən daxili çəkişmələr və rejim-müxalifət mübarizələri nəticəsində suriyalı müxalifət Əsəd rejimini ölkədən çıxarmağa müvəffəq oldu:
 “Bu hakimiyyət dəyişikliyi prosesi ilə birlikdə Suriyada bir çox silahlı qrupların hazırkı idarəçiliklə ya əməkdaşlıq etmələri, ya da ölkəni tərk etmələri məsələsində addımlar atılmaqdadır. Suriyada mövcud rəhbərlik Türkiyə ilə yaxın əlaqələr qurub və Türkiyənin dəstəyini də tez-tez vurğulayırlar. Nəticə etibarilə, PKK terrorunun Suriya qolu burada ən əhəmiyyətli qrup kimi ön plana çıxır. Onlar Fəratın şərq bölgəsində ölkənin böyük bir hissəsini nəzarət altında saxlayırlar. Türkiyə isə qırmızı xətt olaraq bu terror qruplaşmasının Suriyadan çıxarılmasını tələb edir. Hazırda  bu məsələ ilə bağlı Suriyanın mövcud hakimiyyəti Türkiyə ilə danışıqlar aparır. Türkiyə tərəfi  “terror qruplaşması ya bölgəni tərk etməlidir, ya da ki, lazımı addımları atacayıq” sözləri ilə hərbi əməliyyat seçimini qətiyyətlə masaya qoymuş vəziyyətdədir. Türkiyənin PYD/YPG adı altında PKK terror təşkilatının Suriyadakı qoluna qarşı mümkün hərbi əməliyyatı zamanı, ABŞ və İsrail başda olmaqla Qərblə qarşıdurma ehtimalı gündəmə gəlir. Bunun səbəbi, PYD/YPG-nin ABŞ, İsrail və Qərb tərəfindən dəstəklənməsidir.  Eyni zamanda, Əsəd rejimi Suriyada devrildikdən sonra İran Suriyaya yenidən təsir göstərmək üçün PYD ilə əlaqələr yaratmağa çalışır. Yəni İran Suriyaya yenidən PYD vasitəsilə nüfuz etməyə çalışır”.
Türkiyəli politoloq əlavə edib ki, Türkiyənin Qərblə, xüsusən ABŞ və İsraillə birbaşa qarşıdurma ehtimalı azdır:
“Çünki həm ABŞ, həm Türkiyə NATO üzvüdür. Türkiyənin PYD-yə qarşı əməliyyatı nəticəsində İsrailin də bu münaqişəyə cəlb olunması NATO daxilində ciddi problemlərə səbəb ola bilər. Bu vəziyyət həm NATO-nun prinsipləri baxımından, həm də mövcud beynəlxalq prinsipdən dolayı real görünmür. Eyni zamanda, PYD vasitəsilə Suriyada Avropa ölkələrinin də Türkiyə ilə birbaşa qarşıdurma ehtimalı zəif görünür. Bunun səbəbi, heç bir ölkənin Türkiyə ilə birbaşa müharibəyə girmək niyyətində olmamasıdır. Türkiyənin hərbi təcrübəsi, imkan və qabiliyyətləri, eyni zamanda müharibə bacarığı  ölkələri birbaşa qarşıdurmadan çəkindirir. Ancaq dolaylı münaqişə ehtimalı daha güclü görünür. Bu, Türkiyəyə birbaşa qarşı çıxmaq yerinə, PYD-ni uzaqdan dəstəkləməklə həyata keçirilə bilər. Qərb ölkələri  dolaylı müdaxilələrlə Türkiyəyə təsir göstərməyə çalışacaqlar. Amma böyük güclər PYD-yə dəstək versə də, Türkiyə ilə birbaşa cəbhə müharibəsini gözə ala bilməzlər. Çünki Türkiyə hərbi imkan baxımından PYD-dən çox üstündür və öz resursları ilə kifayət qədər güclüdür. Digər ölkələrin dəstəkləri isə  yalnız bir yerə qədər təsirli ola bilər. PYD, Türkiyəyə müəyyən mənada müqavimət göstərə bilsə də, Türkiyə ilə birbaşa qarşıdurma edəcək qədər gücə sahib deyil. Qərb ölkələrinin də dolaylı dəstəklərdən kənara çıxmaması ehtimalı yüksəkdir”.
Politoloq onu da diqqətə çatdırıb ki, Türkiyənin hərbi qabiliyyəti və əməliyyat gücü nəticəsində PYD-nin Suriyadan çıxarılması qaçılmazdır və bu prosesdə Türkiyə üstünlüyünü qoruyacaqdır:
“Bununla yanaşı, Türkiyənin xarici əlaqələr sahəsində güclü müttəfiqləri var. Türk Dövlətləri Təşkilatı və Azərbaycan ilə imzalanmış “Şuşa Bəyannaməsi” kimi strateji əməkdaşlıq sazişləri Türkiyənin mövqeyini daha da gücləndirir. Türk dünyası ilə birgə olan bu bağlar səbəbindən heç bir ölkə Türkiyə ilə birbaşa qarşıdurmaya getmək istəməyəcəkdir. Türkiyə PKK terror təşkilatına qarşı fövqəladə hərbi imkan və qabiliyyətləri ilə qısa müddət ərzində müvəffəqiyyətli bir əməliyyat həyata keçirə bilər. Lakin Türkiyə üstünlük verir ki, bu problem müharibəsiz, diplomatik yolu ilə həll edilsin. Diplomatik həll üçün hazırkı Suriya hakimiyyətindən bu məsələdə təşəbbüs göstərməsi gözlənilir. Əgər bu baş verməzsə, Türkiyə öz mövqeyini qorumaq üçün lazım olan hərbi tədbirləri həyata keçirəcəkdir. Bu halda, Türkyə Ordusu quru və hava əməliyyatları ilə problemin qəti həllinə nail olacaqdır. PYD və onu dəstəkləyən Qərb ölkələri bir müddət müqavimət göstərməyə çalışsalar da, bu müqavimət uzun müddətli olmayacaqdır. Türkiyənin üstün hərbi gücü və strateji tərəfdaşları ilə bu əməliyyatı uğurla başa çatdıracağı şübhəsizdir”.
İsmayıl Çingöz ABŞ-nin  yeni seçilmiş  prezidenti Donald Trampın müharibə istəməyən bir lider olduğunu və əvvəlki iki seçki dövründəki yanaşmalarına görə bölgədə müharibə başlatmaq niyyətində olmadığını vurğulayıb:
 “Hazırkı Bayden administrasiyası  ilə yaxın 10 gün ərzində yeni bir hərbi qarşıdurma baş verməzsə, Türkiyə ilə ABŞ-ın  birbaşa müharibə ehtimalı azdır. Yaxın Şərq və Suriya coğrafiyası uzun əsrlərdir ki, ticarət yollarının keçid nöqtəsi olub və enerji geosiyasəti baxımından xüsusi əhəmiyyət daşıyır. Suriya və Anadolu coğrafiyası Aralıq dənizinə açılan qapı rolunu oynadığından, ABŞ və Qərb üçün strateji bölgələrdir.
Bununla yanaşı, ABŞ və Avropanın Yaxın Şərq siyasətinin ən önəmli hədəfi İsrailin təhlükəsizliyini təmin etməkdir. Amerika və Qərb dövlətlərinin bu bölgədəki əsas maraqları İsraili qorumaq və onun təhlükəsizliyini təmin etmək üzərində qurulub. İsrail isə “Böyük İsrail” siyasəti çərçivəsində həmişə ABŞ və Avropanın dəstəyini arxasında hiss edərək, bölgədə gərginliklərin davam etməsini istəyən tərəf kimi çıxış edir. Avropa üçün bu coğrafiyanın əhəmiyyəti təkcə enerji yollarının və ticarət marşrutlarının üzərində olması ilə deyil, həm də İsrailin təhlükəsizliyini qorumaq məqsədindən irəli gəlir. Buna görə də, Yaxın Şərqdə baş verən hadisələr Avropa və ABŞ üçün geosiyasi və strateji baxımdan hər zaman ön planda olub və olacaqdır”.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button