Şuşa Forumunda Azərbaycan və Türkiyənin regional siyasətdə rolu müzakirə olunur

Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu sessiyalarla işini davam etdirir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Forum çərçivəsində keçirilən birinci sessiya “Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər və əməkdaşlıq imkanları” mövzusuna həsr olunub.

Sessiyanın moderatoru AnewZ media qurumunun baş redaktor müavini Orxan Amaşovdur

Müzakirələrdə iki ölkənin regional təhlükəsizlik, xarici siyasət strategiyaları və əməkdaşlıq imkanları dərin təhlil edilir.

Paneldə SETA Proqram direktoru Muhittin Ataman, Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) prezidenti Kadir Təmiz, İran Araşdırmaları Mərkəzinin (İRAM) prezidenti Sərhan Afacan, Ankara Strateji Araşdırmalar Mərkəzinin (ANKASAM) direktoru Məhməd Seyfəddin Erol, BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev ekspert olaraq iştirak edirlər.

Mütəxəssislər Azərbaycan və Türkiyənin regional siyasətdə artan rolunu, əməkdaşlığın yeni istiqamətlərini və qarşılıqlı strateji koordinasiya mexanizmlərini müzakirə edirlər.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button