Şuşada Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib

Şuşa şəhərində 8 Noyabr – Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib.

“Report”un Qarabağ bürosu xəbər verir ki, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Şəhərin mərkəzindən başlayan bayram yürüşündə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak ediblər.

Zəfər yürüşü qala divarlarının yanında başa çatıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button