Şuşanın işğaldan azad olunmasından 6 il ötür

8 noyabr 2020-ci il Azərbaycan tarixinin ən şanlı və qürurverici günlərindən biri kimi yaddaşlara həkk olunub. Həmin gün 28 il davam edən işğala son qoyularaq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri erməni işğalından azad edilib.
44 günlük Vətən müharibəsinin taleyində həlledici rol oynayan Şuşa əməliyyatı Azərbaycan Ordusunun qəhrəmanlığının, peşəkarlığının, yüksək döyüş ruhunun və sarsılmaz iradəsinin təntənəsi oldu. Çətin relyef və mürəkkəb döyüş şəraitinə baxmayaraq, Azərbaycan əsgər və zabitlərinin göstərdiyi misilsiz şücaət nəticəsində şəhər azadlığına qovuşdu.
Şuşanın azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası istiqamətində mühüm tarixi hadisə olmaqla yanaşı, xalqımızın milli birliyinin və dövlətimizin gücünün bariz nümunəsinə çevrildi.
Bu gün Şuşa şəhərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, tarixi-mədəni irs qorunur, şəhərin əvvəlki şöhrətinin bərpası istiqamətində mühüm addımlar atılır. Şuşa yenidən Azərbaycanın ictimai, mədəni və mənəvi həyatının mühüm mərkəzlərindən birinə çevrilir.
8 Noyabr – Zəfər Günü xalqımızın yaddaşında qəhrəmanlıq, birlik və qürur rəmzi kimi yaşayır.
Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün müharibə iştirakçılarına minnətdarlığımızı bildiririk.
Şuşa azaddır! Qarabağ Azərbaycandır!
Polise.az



