Susmayaq. Qorxmayaq. Qoruyub gücləndirək.

11 aprel — Uşaqlara qarşı cinsi zorakılığa son qoymaq üçün Qlobal Gün və Onlayn Grooming-lə bağlı Maarifləndirmə Günüdür.
🛑 Grooming (aldadaraq yaxınlaşma) uşaqlara qarşı zorakılığın ən gizli və təhlükəli formalarından biridir. Bu prosesdə yetkin şəxs uşağın etibarını qazanaraq onu manipulyasiya edir, sərhədləri pozur və sonda istismara zəmin yaradır.
⚠️ Grooming necə başlayır?
• Hədiyyələr və diqqət göstərmək
• “Sirrimizdir” deyərək gizlilik yaratmaq
• Uşağı ailədən və dostlardan uzaqlaşdırmaq
• Onun emosional boşluqlarından istifadə etmək
❗ Unutmayaq: Uşaq heç vaxt günahkar deyil. Məsuliyyət yalnız zorakılığı törədən şəxsin üzərindədir.
👨👩👧 Valideynlər və böyüklər üçün:
• Uşaqlarla açıq və güvənli ünsiyyət qurun
• Onlara “yox” deməyi və sərhəd qoymağı öyrədin
• Onlayn və oflayn mühitdə təhlükəsizlik qaydalarını izah edin
🤝 Susmayaq. Qorxmayaq. Qoruyub gücləndirək.
Paylaş! Maarifləndir!



