TƏBİB təsdiqləyir, SN “xəbərim yoxdur” deyir – Müəmma

Son günlər yoluxma sayındakı artıma, poliklinikalar qarşısındakı vaksin növbəsinə, müraciət edən vətəndaşlardan günlərlə, hətta həftələrlə test götürülmədiyinə görə cəmiyyət tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tənqid olunur.

Kütləvi narazılıqlara səbəb olan TƏBİB-in yarıtmaz fəaliyyəti artıq hökumət strukturlarını hərəkətə gətirib.

Belə ki, artıq dəfələrlə yoluxma sayındakı statistik göstəricilərə Bakı liderlik etdiyi üçün TƏBİB-in buradakı bütün səlahiyyətləri əlindən alınıb. Məlumata görə, COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanalara nəzarət Səhiyyə Nazirliyinə həvalə olunub.

TƏBİB-dən Bakipost.az-a Bakı ərazisindəki xəstəxanaların onların nəzarətində olmadığı təsdiqlənib. Bildirilib ki, Abşeron, Sumqayıt və regionlardakı modul tipli xəstəxanalar, həmçinin COVID-19 üçün ayrılan tibb müəssisələri isə TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Lakin Səhiyyə Nazirliyindən isə bildirilib ki, onlarda belə bir dəyişikliklə bağlı hər hansı məlumat yoxdur.

Ehtimal olunur ki, bu gün Səhiyyə Nazirliyi bütün paytaxt Bakıya nəzarəti öz əlinə götürürsə, qısa müddət sonra bütövlükdə Azərbaycan səhiyyəsinə də nəzarət edəcək.

Bu addım TƏBİB-ə dəstək və ya Səhiyyə Nazirliyini yenidən “dirçəltmək” üçün atıla bilər. Lakin bu həm də çaşqınlıq yaradır. İndi insanlar iki qurum arasında qalıb…

Hamısını Göstər

Related Articles

Back to top button