Təbriz kökənli İsveç tarixinin ən gənc naziri!-BU DA BİR TARİX

Təbriz kökənli İsveç tarixinin ən gənc naziri! Gəlin onu yaxından tanıyaq: İsveçdə yaşayan jurnalist Vahid Qazi yazır: “…Bu gün İsveçdə 11-i qadın olmaqla 23 nazirdən ibarət yeni hökumət quruldu. O qadın nazirlərin arasında Romina Purmuxtari (Pourmokhtari) də var. İsveç tarixinə ən gənc nazir kimi adını yazdıran 26 yaşlı Romina Purmuxtari İqlim və Ətraf Mühit (Klimat- och miljöminister) naziri təyin olunub. O, güneyli siyasi mühacir soydaşımız, iki il öncə vəfat etmiş mərhum İbrahim Purmuxtarinin qızıdır. İnanırıq ki, atası kimi mübariz olacaq, ona olan etimadı doğruldacaq. Fərəh hissiylə uğurlar arzulayıram!”.
Sitatın sonu!




