Təcili tapşırıq: İranın hücumuna hazır olun!
İranın su qaynaqlarımıza ehtimal edilən hücumuna hazır olmalıyıq.
Bu sözləri İsrailin milli infrastruktur, energetika və su ehtiyatları naziri Yuval Steinitz keçirdiyi iclasda deyib.
İclasda iştirak edən səlahiyyətli nümayəndələr su infrastruktur sistemlərinin kiber hücumlara qarşı hələ də qeyri-kafi olduğunu bildiriblər. Vurğulanıb ki, milli su şirkəti “Mekorot” lazımi texnoloji tədbirləri görüb, nazirlik vəsait də ayırıb, ancaq yerli su idarələri hazırlıq işlərini həyata keçirməyib.
Nazir kiber təhlükəsizliyi və mümkün hücumlara hazırlığı artırmaq üçün təcili addımlar atmağı tapşırıb.
Qeyd edək ki, 2020-ci ilin aprelində İranın ABŞ-ın hakerləri vasitəsi ilə İsrailin təmiz su obyektlərinə kiber hücumlar etdiyi iddia edilib.