Təhlükəli motosiklet sürücüsünü polis saxlayıb

Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN-in mətbuat xidmətindən  Polise.az -a verilən məlumata görə, Bakı şəhər DYPİ-dən bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.

Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button