Tələbə qız evlənmək istəmədiyi üçün intihar edib
Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub.
Bu barədə məlumatı Universitetin Tədris işləri üzrə prorektoru Eldar Aslanov məlumat verib. O bildirib ki, 21 yaşlı Nağdıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı:
“Tələbə 2017-ci ildə yüksək balla universitetin İncəsənət və Fiziki tərbiyə fakültəsinə daxil olub, “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alırdı. Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Tələbə yoldaşlarının sözlərinə görə, istəmədiyi adamla ailə həyatı qurmağa məcbur edildiyi üçün, təəssüf ki, çıxış yolunu bu addımda görüb”. E. Aslanovun sözlərinə görə, Şəmkir rayonunda anadan olan tələbə hazırda intihar etdiyi binada anası və qardaşı ilə kirayədə yaşayırdı:
“Tələbəmizin həyatını itirməsindən çox böyük təəssüf hissi duyur, ailəsinə və yaxınlarına başsağlığı və səbir diləyirik”.
Qeyd edək ki, G. Nağdıyeva özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.