Tərtərdə “Kalaşnikov” aşkarlanıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən X.Sadıqlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ondan psixotrop maddə metamfetamin və “Kalaşnikov” avtomatı aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, X.Sadıqlı barəsində həbs qətimkan tədbiri seçilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button