Tərtərdə “patı” əməliyyatı

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan polise.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 33 yaşlı Rəşad Mehdiyev saxlanılıb.   

Onun üzərinə  keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button