Təyyarədə kəlmeyi-şəhadət deyən kişi sağ qaldı – Video
Qəza keçirən təyyarənin düşməzdən əvvəl görüntüləri yayılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Teleqram kanallarında video yerləşdirilib.
Videonu qeydə alan şəxs kəlmeyi-şəhadət gətirib. Yayılan başqa videoda həmin sərnişinin sağ qaldığı məlum olur.
O, hadisə barədə bunları deyib: “Stüardessa öz işini normal şəkildə yerinə yetirdi. Bütün təlimatları necə lazımdır izah etdi. Hadisəyə rəğmən o yenə də öz işinin öhdəsindən gəlməyi bacardı. Bilmədim sağ qaldı, ya yox?..”
Təyyarədə oksigen balonunun partlayıb-partlamadığı barədə iddialara gəlincə, sərnişin bu haqda mütəxəssislərin danışa biləcəyini söyləyib: “Mütəxəssis izah edə bilər, oksigen balonu idi, yoxsa nə… Hər halda partlayış oldu”.
Polise.az