Təzadlı ay və günlərin sirri

Tarix bəzən təsadüflərlə, bəzən də simvollarla danışır. Azərbaycanda bir çox taleyüklü hadisələrin “8” rəqəmi ilə bağlı olması diqqətdən yayınmır. 28 May – Respublika Günü, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü, 8 Noyabr – Zəfər Günü və indi də mümkün bir sülh müqaviləsinin imzalanması üçün nəzərdə tutulan 8 avqust… Bütün bu önəmli tarixlərin ortaq nöqtəsi bir rəqəmdir: Səkkizinci ayın 8-ci günü.

Bəs bu rəqəm sadəcə təqvim üstü uyğunluqdur, yoxsa Azərbaycanın tarixi və gələcəyi üçün rəmzi bir uğur göstəricisinə çevrilməkdədir?

Globalinfo.az-a danışan ekstrasens Zirəddin Rzayev 8 rəqəmini 0-dan sonra ən güclü rəqəm olaraq qəbul etdiyini vurğulayıb.

Onun sözlərinə görə, 8 rəqəmi özünəgüvənin, qələbə və tükənməyən enerjinin simvoludur:

“Təsadüfi deyil ki, Odlar yurdu Azərbaycanın gerbindəki ulduz da səkkizguşəli ulduz olaraq qəbul edilib. Səkkiz atom enerjisi daşıyır, o rəqəmin çıxışı yoxdur, atom isə enerjidir, hərəkət və oddur. Odlar yurdunun belə bir rəqəmli ulduza sahib olması da təsadüfi deyil. Məhz bu səbəbdən də Vətənimizin əksər uğurları səkkiz rəqəminə təsadüf edir. Səkkiz bütün aləmlərin sirlərinin iç-içə olduğu bir rəqəmdir, kamillik, bütövlük və əbədi dövriyyə əlamətidir”.

Zirəddin Rzayev deyib ki, pifaqorçular üçün bu rəqəm üçölçülü məkanın dayağı, kainatın bünövrəsi, sabitliyin görünməz çərçivəsidir

 

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button