Tacikistan nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Tacikistanın əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Gülnora Hasanzodanın başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  Polise.az-a verilən məlumata görə, Mərkəzin direktoru Nigar Məmmədova nümayəndə heyətinə inklüziv yaradıcılıq məkanında görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci il oktyabrın 22-də açılışı olan Mərkəzdə sosial cəhətdən həssas qruplara aid şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə adaptasiyası istiqamətində kompleks işlər aparılır.

Mərkəzdə əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, valideyn himayəsindən məhrum və ya valideynini itirmiş uşaqlar və digər həssas kateqoriyalar üçün bərabər inklüziv yaradıcılıq mühiti yaradılıb.

Qonaqlara Mərkəzin istedadlı benefisiarlarının ifasında musiqi nömrələri təqdim olunub.

Nümayəndə heyəti Mərkəzin müxtəlif xidmət istiqamətləri üzrə yaradıcılıq studiyalarında təlim prosesini izləyib, benefisiarların və təlimçilərin əl işlərinə baxıb. Həssas əhali qrupları ilə işləmə metodları, həyata keçirilən sosial psixoloji dəstək tədbirləri qonaqlarda marağa səbəb olub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button