Tağı Əhmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov DTX-nın hospitalına yerləşdirilib.

Axar.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında T.Əhmədovun ürəyində ciddi narahatlıq yaranıb. Az öncə isə DTX Hospitalının Kordiologiya şöbəsində müayinəsinə başlanılıb.

Qeyd edək ki, 1948-ci il təvəllüdlü Tağı Əhmədov 2014-cü ildə Bakı Metropoliteni QSC-nin sədri vəzifəsindən azad edilib.

Hamısını Göstər

Related Articles

Back to top button