“Taliban”: “ABŞ may ayına qədər Əfqanıstandan çıxmalıdır, yoxsa…”

ABŞ hərbi qüvvələri mayın 1-nə qədər Əfqanıstanı tərk etməlidir, yoxsa razılaşmanı pozmuş olacaq.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Taliban” hərəkatının nümayəndəsi Məhəmməd Sohail Şahin deyib.

O qeyd edib ki, ordu Əfqanıstanda qalarsa, “Taliban” buna reaksiya verəcək.

Xatırladaq ki, 2020-ci ilin fevralında ABŞ və “Taliban” barışıq müqaviləsi imzalayıb, buna əsasən ABŞ 14 ay ərzində qoşunlarını Əfqanıstandan çıxarmağı, “Taliban” isə dövlətlərə və müttəfiqlərinə qarşı əməliyyatlar üçün İslam Respublikası ərazilərindən istifadə etməməyi öhdəliyinə götürüb.

18 martda Moskvada Rusiya, ABŞ, Çin və Pakistanın iştirakı ilə görüş baş tutub.

Əfqanıstan və “Taliban” heyətləri də görüşdə iştirak edib.

Hamısını Göstər

Related Articles

Back to top button